Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının İCLASI KEÇİRİLDİ

Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının İCLASI KEÇİRİLDİ

Hazırda oxunan: Astanada Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının İCLASI KEÇİRİLDİ

576373

Astanada Qazaxıstan–Azərbaycan biznes forumu çərçivəsində “İqtisadi əməkdaşlığın dərinləşdirilməsi və tərəfdaşlığın yeni üfüqləri” mövzusunda Qazaxıstan–Azərbaycan İşgüzar Şurasının III iclası baş tutub.

Bizim.Media xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib.

İclasda iki ölkənin biznes dairələri arasında tərəfdaşlığın şaxələndirilməsi müzakirə edilib, yeni imkanlar raşdırılıb, bir sıra şirkətlərə təşəkkürnamələr təqdim olunub. Tədbir iştirakçıları Azərbaycan və Qazaxıstan arasında investisiya əməkdaşlığının genişlənməsi, Qazaxıstan biznesinin Azərbaycandakı fəaliyyəti və iki ölkə arasında yeni tərəfdaşlıq imkanları barədə müzakirələr aparıblar. Tədbirdə Azərbaycan–Qazaxıstan İşgüzar Şurasının biznes dairələri arasında əlaqələrin möhkəmlənməsində rolu vurğulanıb, Şuranın əvvəlki iclasından sonra əldə olunan nəticələr və gələcək fəaliyyət istiqamətləri təqdim olunub.

Qeyd edək ki, tədbirin sonunda iclasın nəticələri ümumiləşdirilib və hər iki ölkədən içki, qida sənayesi, tikinti və digər sahələrdə fəaliyyət göstərən 14 şirkət Qazaxıstan və Azərbaycan arasında işgüzar münasibətlərin inkişafına verdikləri xüsusi töhfəyə görə təşəkkürnamələrlə təltif olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO