Bakıda FACİƏ: 7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi, uşaq dünyasını dəyişdi

Bakıda FACİƏ: 7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi, uşaq dünyasını dəyişdi

Hazırda oxunan: Bakıda FACİƏ: 7 yaşlı oğlu ilə sükan arxasına keçib qəza törətdi, uşaq dünyasını dəyişdi

576364

Oktyabrın 20-si saat 12 radələrində Bakının Sabunçu rayonu Zabrat qəsəbəsində faciəvi hadisə baş verib.

Bizim.Media “Qafqazinfo.az”a istinadən xəbər verir ki, qəsəbə sakini 1992-ci il təvəllüdlü Tural Sədi oğlu Süleymanov yaşadığı evin həyətində avtomobili divara vurub.

Belə ki, o, qucağında 2018-ci il təvəllüdlü oğlu Usamə ilə “BMW” markalı, 77 KV 548 qeydiyyat nişanlı avtomobilə oturub yaşadığı evin həyətində idarə edib. Bu zaman uşaq sürüşərək sürət pedalına sıxılıb. Qəfil sürətlənən avtomobil hasara çırpılaraq dayanıb.

Nəticədə azyaşlı U.Süleymanlı hadisə yerində ölüb. Atası isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı Sabunçu RPİ-də CM-nin 263-cü maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO