Paytaxtın Səbail rayonu, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
“Bu dəfə işıqforun qırmızı işığının tələbinə məhəl qoymayan skuter sürücüsü qəzaya səbəb olub. Təəssüflər olsun ki, hələ də bəzi sürücülər və eləcə də piyadalar qaydaları pozaraq qadağanedici işıqda hərəkəti davam etdirir. Bu isə qəzaları qaçılmaz edir.
Yadda saxlamaq lazımdır ki, işıqforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi yol iştirakçıları üçün məcburidir. Bunu “Yol hərəkəti haqqında” Qanunun 60-cı maddəsi tələb edir.
Həmçinin qeyd olunur ki, işıqforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə işıqfor qarşısında dayanmalıdırlar.
Unutmayaq ki, bu cür qayda pozuntularına yol verərək qadağanedici işıqda hərəkəti davam etdirmək çox vaxt xəsarət alma və ya ölümlə nəticələnir” - məlumatda qeyd olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:51 / 21.10.2025
Bakıda maşın skuter idarə edən şəxsi vurdu – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda maşın skuter idarə edən şəxsi vurdu – ANBAAN VİDEO
Hazırda oxunan: Bakıda maşın skuter idarə edən şəxsi vurdu – ANBAAN VİDEO
576350
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.