"Galleri" adlı yeni qan analizi xərçəngin 50-dən çox növünü ilkin mərhələdə, yəni xəstəliyin əlamətləri üzə çıxmadan aşkar edə bilir.
Bizim.Media xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.
Bildirilir ki, yeni test hazırda Böyük Britaniya Milli Səhiyyə Xidməti tərəfindən sınaqdan keçirilir. Alimlərin sözlərinə görə, bu analiz ölümcül xərçəng növlərini erkən mərhələdə müəyyən etməklə müalicə şansını xeyli artırır.
"Pathfinder 2" adlandırılan tədqiqat çərçivəsində xərçəngin heç bir əlaməti müşahidə olunmayan 23 mindən çox amerikalı və kanadalı pasiyentin məlumatları təhlil edilib.
Nəticələr göstərib ki, pasiyentlərin üçdə ikisinə düzgün xərçəng diaqnozu qoyulub. Onların 61.6 faizində "xərçəng siqnalı" aşkar edilib və sonradan bu nəticələr diaqnostika ilə təsdiqlənib.
Yeni metod xərçəng hüceyrələrinin insan qanına ifraz etdiyi DNT-ni aşkarlayaraq xəstəliyi müəyyən etməyə imkan verir.
"Galleri" analizi ABŞ-nin "Grail" biotexnologiya şirkəti tərəfindən hazırlanıb və yaxın gələcəkdə klinik tətbiqinə başlanması planlaşdırılır. (Oxu.az)
Bizim.Media