Enerji içkilərində həqiqətən vitamin var? - Həkim sirri açdı

Enerji içkilərində həqiqətən vitamin var? - Həkim sirri açdı

Hazırda oxunan: Enerji içkilərində həqiqətən vitamin var? - Həkim sirri açdı

576330

Perm Milli Tədqiqat Politexnik Universitetinin alimlərinə görə, enerji içkilərindəki vitaminlər bədənin vitamin çatışmazlığını aradan qaldırmaq üçün deyil, içkinin stimulyasiya təsirini artırmaq üçün əlavə olunur.

Bizim.Media xəbər verir ki, bunu rusiyalı həkim Sergey Solodnikov deyib.
 

B qrupu vitaminləri qidalardan enerjinin əldə edilməsinə kömək edir, şəkər isə sürətli enerji mənbəyidir. Kofein stimulyator rolunu oynayır, vitaminlər isə bu prosesin daha effektiv işləməsini təmin edir. C vitamini isə antioksidant funksiyası daşıyır və içkinin dadını və rəngini qoruyur.


Alim vurğulayır ki, sağlam insanlarda B və C vitaminləri kifayət qədər olur və əlavə vitamin dozası enerji səviyyəsini artırmır. Bədən yalnız ehtiyacı olan miqdarı qəbul edir, artıq miqdarı isə çıxarır. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO