Tovuzda qadın meyiti aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Qəribli kənd sakini, 1996-cı il təvəllüdlü Dürdanə Musayevanın meyiti yaşadığı evdə aşkar edilib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Onun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu