“Bakı Metropoliteni” QSC tərəfindən sərnişin tələbatının qarşılanması və məmnunluğunun artırılması məqsədilə daha bir sahədə qatarların hərəkət intervalı azaldılıb.
QSC-dən Bizim.Media-ya bildirilib ki, “Cəfər Cabbarlı-Xətai” mənzilində interval iş günlərində 5, həftə sonları 4 dəqiqə azaldılaraq qrafik optimallaşdırılıb.
Məlumata görə, “Cəfər Cabbarlı” stansiyasında və yaxın tuneldə aparılan təmir işləri ilə əlaqədar qatarların qəbulu hazırda yalnız bir platformadan həyata keçirilir.
Buna baxmayaraq, sahə üzrə tunellərdə qatarların hərəkətinin təşkili ilə bağlı sınaqlar uğurla yekunlaşdırılıb və təhlükəsiz hərəkət tam təmin edilməklə 12 dəqiqəlik intervalın 7 dəqiqəyə endirilməsi mümkün olub.
Bizim.Media