Bu gün Qusar Rayon Heydər Əliyev Mərkəzində energetiklərin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilərək, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad edilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi, müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbiri giriş nitqi ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı münasibətilə bütün energetikləri təbrik edib, onların ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynadığını vurğulayıb.
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin “Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsi”nin Qusar Elektrik Şəbəkəsinin rəisi Elxan Alıyev və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz Regional Elektrik Şəbəkəsi” MMC-nin Quba-Qusar Şəbəkə sahəsinin rəisi Rəcbər Səfərov başda rayon rəhbərliyi olmaqla, tədbirin bütün təşkilatçılarına minnətdarlıqlarını ifadə ediblər.
Tədbirdə çıxış edən Qusar Elektrik Şəbəkəsinin istismar üzrə mühəndisi Səfər Əhmədov onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.