Qəbələdəki qəzada xəsarət alanların SON DURUMU

Qəbələdəki qəzada xəsarət alanların SON DURUMU

Hazırda oxunan: Qəbələdəki qəzada xəsarət alanların SON DURUMU

576265

Xəbər verdiyimiz kimi, bu gün günorta saatlarında Qəbələ rayonu ərazisində iki avtomobil toqquşub

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qəzada xəsarət alanların sağlamlıq vəziyyəti açıqlanıb.

Bildirilib ki, Qəbələ rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 5 nəfər (2 kişi, 3 qadın) Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması və sınıqları, qabırğaların, alının açıq yaraları diaqnozları təyin olunub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 
 

Xəsarət alanlardan 2 nəfərin (1 kişi, 1 qadın) vəziyyəti ağır, 1 nəfərin (qadın) orta ağır, 1 nəfərin (qadın) vəziyyəti stabil qiymətləndirilir və müvafiq şöbələrdə müalicələri davam etdirilir. 1 nəfər isə (qadın) göstərilən tibbi xidmətlərdən sonra qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.


Araşdırmalar davam edir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO