Mingəçevirdə ağır qəza baş verib.
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil velosipedçini vurub. Qəza nəticəsində velosipedçi, 1995-ci il təvəllüdlü Qərib Sabirzadə xəsarət alıb.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran bürosu