SON DƏQİQƏ! Nazir müavini vəzifəsindən AZAD EDİLDİ

SON DƏQİQƏ! Nazir müavini vəzifəsindən AZAD EDİLDİ

Hazırda oxunan: SON DƏQİQƏ! Nazir müavini vəzifəsindən AZAD EDİLDİ

576252

Naxçıvanda nazir müavini vəzifəsindən azad olunub.

Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb. 

Sərəncama əsasən Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, Naxçıvan MR-in kənd təsərrüfatı nazirinin səlahiyyətlərini də Xəyalə Dadaşova icra edirdi. 

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov 2023-cü il fevralın 28-də vəzifəsindən azad olunub. Həmin vaxtdan etibarən Kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xəyalə Dadaşovaya həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO