Naxçıvanda nazir müavini vəzifəsindən azad olunub.
Bizim.Media xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Sərəncam imzalayıb.
Sərəncama əsasən Xəyalə Xalıqverdi qızı Dadaşova Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsindən azad edilib.
Qeyd edək ki, Naxçıvan MR-in kənd təsərrüfatı nazirinin səlahiyyətlərini də Xəyalə Dadaşova icra edirdi.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Bəhruz Bayramov 2023-cü il fevralın 28-də vəzifəsindən azad olunub. Həmin vaxtdan etibarən Kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Xəyalə Dadaşovaya həvalə edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:43 / 20.10.2025
SON DƏQİQƏ! Nazir müavini vəzifəsindən AZAD EDİLDİ
Hazırda oxunan: SON DƏQİQƏ! Nazir müavini vəzifəsindən AZAD EDİLDİ
Hazırda oxunan: SON DƏQİQƏ! Nazir müavini vəzifəsindən AZAD EDİLDİ
576252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.