Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib.
Bizim.Media xəbər verir ki, bu barədə bloqer Nail Kəmərli sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, daha əvvəl Nizami Rəmzinin qızının Yasamal rayonunun Şərifzadə küçəsində istifadəsiz ərazidəki xarabalıqda acınacaqlı vəziyyətdə yaşaması və narkotik asılılığından əziyyət çəkməsinə dair videolar yayılmışdı.
Onu da xatırladaq ki, ustad meyxanaçılardan sayılan Nizami Rəmzi 1997-ci ildə (49 yaşında) avtomobil qəzası səbəbindən vəfat edib.
N. Rəmzi üç dəfə ailə həyatı qurub. Bu izdivaclardan onun 6 övladı olub. Şairin oğlu Rza Baxşıyev bir müddət əvvəl həbsdən çıxıb.
Bizim.Media