Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - Açıqlama

Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - Açıqlama

Hazırda oxunan: Ramiz Mehdiyevin gəlini niyə işə çıxmır? - Açıqlama

576222

Ramiz Mehdiyevin Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri, bölmə rəhbəri vəzifələrini icra ediən gəlini Nigar Mehdiyeva işə çıxmır.

Bizim.Media xəbər verir ki, bu barədə Globalinfo.az-a klinikadan məlumat verilib.

“Nigar xanım hazırda xəstədir, işə gəlmir. Onun pasiyentlərini başqa həkimə yönləndiririk. Sağaldıqdan sonra işə qayıdacaq”, - klinikadan bildirilib.

Qeyd edək ki, Onkologiya Klinikasında icra olunan bahalı süd vəzi əməliyyatlarını məhz Nigar Mehdiyeva tərəfindən həyata keçirildiyi iddia edilir.

Xatırladaq ki, Nigar Mehdiyeva həmin vəzifəyə illər öncə ATU-nun rektoru olmuş deputat Əhliman Əmiraslanov tərəfindən təyin edilib. Hətta onun dəstəyi ilə Mehdiyevin gəlininə dosent adı verilib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO