DYP-dən piyadalara növbəti MÜRACİƏT

DYP-dən piyadalara növbəti MÜRACİƏT

Hazırda oxunan: DYP-dən piyadalara növbəti MÜRACİƏT

576210

Cari ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1, Bakı şəhəri üzrə isə 59,6 faizini təşkil edib. Bu göstəricilərin formalaşmasında piyada məsuliyyətsizliyinin az rol oynamadığı danılmaz faktdır.

Bizim.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) piyadalara növbəti müraciətində bildirilib.

Qeyd olunub ki, piyadaların məhz piyada keçidlərinin yaxınlığında vurulması yol hərəkəti prosesində şəxsi məsuliyyət məsələsinin aktuallığını yenidən gündəmə gətirir.
 

BDYPİ bir daha piyadalara müraciət edərək onlardan yolu nəzərdə tutulmuş yerlərdən keçməyi, sutkanın qaranlıq vaxtı xüsusilə ehtiyatlı olmağı, yolu keçərkən diqqəti yayındıran hərəkətlərdən, mobil telefon, yaxud qulaqcıqdan istifadə etməkdən çəkinməyi, qəflətən avtomobil yoluna çıxmamağı xahiş edir.


“Əziz piyadalar, unutmayın, sizin həyat və sağlamlığınız özünüz, doğmalarınız və cəmiyyətimiz üçün çox dəyərlidir”, - deyə müraciətdə vurğulanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO