Füzulinin şəhərinin mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə ucaldılmış abidə aşkar edilib.
Bizim.Media xəbər verir ki, abidə hazırda dağılmış vəziyyətdədir.
Abidə vaxtilə Füzuli şəhərinin mərkəzində ucaldılıb. Heykəl parçalanaraq hissələrə ayrılıb, tamamilə yararsız haldadır. Heykəlin yerləşdiyi parkın ərazisi cəngəlliyə çevrilib.
Xatırladaq ki, heykəl 1970-ci ildə qoyulub. (apa)
Bizim.Media