İDDİA: Lerikdə direktor müəllimi döyüb

İDDİA: Lerikdə direktor müəllimi döyüb

Hazırda oxunan: İDDİA: Lerikdə direktor müəllimi döyüb

576195

Lerikdə müəllim direktor tərəfindən döyüldüyünü iddia edir.

Bizim.Media teleqraf.az-a istinadən xəbər verir ki, Lerik rayonunun Züvüc kəndində müəllimlə məktəb direktoru arasında insident baş verib.

İbtidai sinif müəllimi Qalib Xosuyev məktəb direktoru Sahil Ağayev tərəfindən döyüldüyünü və uzun müddətdir təzyiqlərə məruz qaldığını iddia edir.

Qalib Xosuyevin sözlərinə görə, son üç ildə məktəbdəki fəaliyyətində bir sıra haqsızlıqlarla üzləşib. O bildirib ki, əvvəlcə məktəbəqədər hazırlıq qrupunda bir il dərs deməsinə baxmayaraq, həmin sinif qanunsuz şəkildə əlindən alınıb və başqa müəllimlərə verilib. Müəllimin bu vəziyyətə etiraz etməsi isə fiziki və mənəvi təzyiqlərlə nəticələnib.
 

O, həmçinin direktor Sahil Ağayevi 10-cu sinifdə oxuyan qızı ilə bağlı əsassız məlumatlar yaymaqda ittiham edir.


Qalib Xosuyev hesab edir ki, bu təzyiqlər onun direktorun bəzi qanunsuz fəaliyyətlərini ifşa etməsi ilə bağlıdır.

Hazırda məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır.

Qurumdan bildirilib ki, bütün iddialar diqqətlə incələnəcək və qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO