Ötən gün axşam saatlarında Xaçmazda baş verən qətllə bağlı yeni detallar ortaya çıxıb.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, 37 yaşlı Rafiq Həbibov öz qohumunu cadu üstündə öldürüb.
MÖVZU İLƏ BAĞLI:
Xaçmazda 43 yaşlı kişi güllələndi - ÖZƏL
Belə ki, həyat yoldaşından boşanan Rafiq Həbibov ailəsinin dağılmasında günahı qətlə yetirdiyi Emin Cəlilovun anasında görüb.
O, qohumu olan qadının cadu edərək onun ailəsini dağıtdığını güman edib və Emin Cəlilova kürək nahiyəsindən ov tüfəngindən atəş açaraq onu öldürüb.
O, Eminin anasını öldürəcəkmiş, ancaq oğlunu öldürüb.
Hadisəni törədən Rafiq Həbibovun qohumunu bu gülünc, xürafat və cahilliyə söykənən səbəbdən öldürdüyü deyilir.
Qətlin tam təfərrüatı Xaçmaz rayon prokurorluğunda başlanan cinayət işinin istintaqı zamanı aydın olacaq.
Qeyd edək ki, hadisəni törədən Rafiq Həbibov Xaçmaz polisi tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu