Bakıda xalası oğlunu qətlə yetirən şəxsə AĞIR CƏZA

Bakıda xalası oğlunu qətlə yetirən şəxsə AĞIR CƏZA

Hazırda oxunan: Bakıda xalası oğlunu qətlə yetirən şəxsə AĞIR CƏZA

576166

Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq niyyəti qəsdən adam öldürmədə təqsirləndirilən Hüseyn Şirinovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il aprelin 7-də Qaradağ rayonu, Sahil qəsəbəsində qeydə alınıb.
 

Belə ki, 1986-cı il təvəllüdlü Şirinov Hüseyn Əvəz oğlu xalası oğlu 1998-ci il təvəllüdlü Həsənov Nail İltifat oğlunu qətlə yetirib.


Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Hüseyn Şirinov özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib və ifadəsində göstərib ki, hadisə baş verməzdən əvvəl Nail ona zəng edərək “səninlə işim var” deyib:

“Bu zaman mənə qarşı nalayiq ifadələr işlətdi. Nail məni Qaradağ rayonu ərazisində yerləşən bir mağazanın yaxınlığına çağırdı. Hadisə yerinə gedərkən onu qorxutmaq məqsədilə evdən bıçaq götürdüm. Görüş zamanı Nailə iki bıçaq zərbəsi vurdum”.

Onun sözlərinə görə, Nailin jaketindən dartdığı zaman bıçaq təsadüfən xalası oğlunun sinə nahiyəsinə dəyib:

“Hadisədən sonra özümü itirdiyimə görə Cəlilabad rayonuna getdim. Heç kimə hadisə barədə məlumat vermədim”.

Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanan suallara cavab olaraq qeyd edib ki, xalası oğlu olan Nail ilə birlikdə Qaradağ rayonu ərazisində yaşayıb, sement zavodunda birgə işləyib. Onların arasında heç bir problem və mübahisə olmayıb, münasibətləri normal olub. Nailin sürücü işlədiyini, hadisənin isə axşam saatlarında baş verdiyini bildirib. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO