Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO

Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO

Hazırda oxunan: Vəfat edən şəxsin krediti hansı halda silinə bilər? - VİDEO

576152

Krediti olan şəxslər vəfat etdikdə bəzilərinin borcu silinir, bəzilərinin isə qalır.

Bəs bu proses necə tənzimlənir? Vəfat edən şəxsin borcu kim tərəfindən ödənilməlidir?

Bizim.Media  Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Əkrəm Həsənovun sözlərinə görə, əgər ölən şəxsin mülkü və vərəsəsi yoxdursa, onun borcu ödənilə bilməz.
 

Ekspert qeyd edib ki, ipoteka kreditləri bu baxımdan digər kreditlərdən fərqlənir.


Belə ki, ipoteka götürən şəxsin həyat sığortası varsa, o, vəfat etdikdə borc sığorta şirkəti tərəfindən ödənilir.

"Yalnız ipoteka kimi uzunmüddətli kreditlərdə banklar sığorta tələb edir.
 

Digər kredit növlərində isə bu, məcburi deyil. Bundan başqa, sığorta əlavə xərc tələb etdiyinə görə vətəndaşlar çox vaxt bu xidmətdən imtina edirlər" , - deyə Əkrəm Həsənov əlavə edib.


Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO