Bu gün saat 19 radələrində Xaçmaz şəhərinin ərazisində qətl hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, 37 yaşlı Xaçmaz şəhər sakini Rafiq Həbibov həmyerlisi 43 yaşlı Emin Cəlilova ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.
Rafiq Həbibov Xaçmaz polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə yerindən müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Fakta görə Xaçmaz prokurorluğunda cinayət işi açılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu