Bağırsaq bakteriyaları yuxuya birbaşa təsir göstərə bilər - ARAŞDIRMA

Bağırsaq bakteriyaları yuxuya birbaşa təsir göstərə bilər - ARAŞDIRMA

Hazırda oxunan: Bağırsaq bakteriyaları yuxuya birbaşa təsir göstərə bilər - ARAŞDIRMA

576003

Amerikalı neyrobioloqlar müəyyən ediblər ki, bağırsağımızdakı faydalı bakteriyalar birbaşa beynin fəaliyyətinə təsir edir və yuxu dövranını tənzimləməyə kömək edir.

Bizim.Media xəbər verir ki, Vaşinqton Dövlət Universitetinin apardığı araşdırma göstərib ki, bakteriyaların hüceyrə divarlarının tərkibinə daxil olan peptidoqlikan maddəsi beyinə miqrasiya edə və yuxuya cavabdeh olan genlərin aktivliyini dəyişdirə bilər.

Alimlər müşahidə ediblər ki, siçanların beynində peptidoqlikanın səviyyəsi gün ərzində dəyişir: ən aşağı göstərici səhər vaxtına təsadüf edir. Yuxusuzluq isə bu maddənin beynin müəyyən hissələrində yığılmasına və təbii ritmin pozulmasına gətirib çıxarır.

Tədqiqatçılar “holobiont yuxusu” adlandırdıqları yeni konsepsiyanı irəli sürüblər. Bu nəzəriyyəyə görə, yuxuya nəinki beyin, həm də insanın mikrobiomu nəzarət edir. Bu, bədən hüceyrələrimizlə orada yaşayan mikroorqanizmlərin birgə işidir.

“Frontiers in Neuroscience” jurnalında dərc olunan araşdırmanın nəticələri sübut edir ki, bağırsaq və beyin sıx şəkildə bir-biri ilə bağlıdır və mikrobiom yuxunun təbii ritminin formalaşmasında mühüm rol oynayır. Bu məlumatlar, yuxusuzluq və digər yuxu pozğunluqlarının mikroblar vasitəsilə müalicəsi üçün yeni imkanlar açır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO