Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin bir qrup zabit və miçman heyəti Türkiyə Respublikasının İzmir şəhərində yerləşən Foça limanının Saruca Paşa Təlim Komandanlığında təşkil olunan “Yanğınla mübarizə” ixtisasartırma kursunda iştirak edib.
Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, yanğın təhlükəsizliyi sahəsində nəzəri biliklərini və praktiki vərdişlərini artıran hərbi qulluqçularımız yanğınların yaranma səbəbləri, yayılma mexanizmləri, profilaktik tədbirlər və effektiv söndürülmə strategiyaları üzrə müasir yanaşmaları mənimsəyib, müxtəlif növ yanğınların idarə olunması və söndürülməsi proseslərini yerinə yetiriblər.
Real şəraitdə tətbiq olunan operativ müdaxilə metodları, təhlükəsizlik protokolları və texniki vasitələrin istifadəsi üzrə bacarıqlarını təkmilləşdirən hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəliblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:55 / 19.10.2025
Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda İŞTİRAK ETDİLƏR
Hazırda oxunan: Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda İŞTİRAK ETDİLƏR
Hazırda oxunan: Hərbi qulluqçularımız “Yanğınla mübarizə” ixtisasartırma kursunda İŞTİRAK ETDİLƏR
575999
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.