Artıq unutqanlıq yalnız yaşlılarda deyil, gənclər arasında da geniş yayılıb. Bunun əsas səbəblərindən biri B12 vitamini çatışmazlığıdır. Bu çatışmazlıq düzgün qidalanma ilə qısa müddətdə bərpa oluna bilər.
Bizim.Media xəbər verir ki, B12 vitamini orqanizmdə demək olar ki, ehtiyatda saxlanmayan bir vitamindir. Buna görə də onun gündəlik qidalarla qəbul edilməsi sağlamlıq üçün çox vacibdir.
Sinir sisteminin normal fəaliyyəti, qırmızı qan hüceyrələrinin yaranması və DNT sintezi kimi həyati proseslərdə iştirak edən B12 vitamini çatışmadıqda ciddi sağlamlıq problemləri yarada bilər.
Əgər siz də gün ərzində yorğunluq, unutqanlıq, əsəbilik və ya depressiya hiss edirsinizsə, səbəb B12 səviyyənizin aşağı olması ola bilər.
B12 vitamini ilə zəngin qidalar:
- Qaraciyər və dalaq kimi orqan ətləri həftədə iki dəfə istehlak edilməlidir.
Qoyun qaraciyəri və böyrəyi B12 baxımından ən zəngin məhsullardır.
100 qram qoyun qaraciyəri gündəlik tələbatın təxminən 13 qatını, dana qaraciyəri isə 3 qatını təmin edir.
- Somon balığı həm yüksək protein, həm də B12 tərkibi ilə seçilir.
100 qram qril somon gündəlik B12 ehtiyacının 5 qatını qarşılayır.
- Qaynadılmış yumurta gündəlik qəbul edildikdə təkcə B12 deyil, həm də E və D vitaminləri ilə bədəni dəstəkləyir. (e-saglam.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
02:35 / 19.10.2025
B12 çatışmazlığını aradan qaldıran QİDALAR
Hazırda oxunan: B12 çatışmazlığını aradan qaldıran QİDALAR
Hazırda oxunan: B12 çatışmazlığını aradan qaldıran QİDALAR
575998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.