Azərbaycanda “Ekoloji Dayanaqlılıq və Təbiətin Qorunması” İctimai Birliyi təsis edilib.
Bizim.Media xəbər verir ki, yeni ictimai birlik ölkəmizdə ətraf mühitin qorunması və davamlı inkişaf sahəsində fəaliyyət göstərəcək.
Əsas məqsəd ölkədə ekoloji dayanıqlılığın təbliği, təbiətin qorunması, bioloji müxtəlifliyin saxlanılması və ictimaiyyətin ekoloji məsələlərə cəlb edilməsinə diqqətin artırılmasıdır.
Təşkilatın təsisçisi Vasif Həsənli bildirib ki, son illər Azərbaycan dövlətinin ekoloji sahəyə diqqəti daha da artıb.
Onun sözlərinə görə, ölkəmizdə ekoloji sahədə səmərəli təşəbbüslər və milli proqramlar dövlət tərəfindən dəstəklənir.
Qeyd edək ki, yaxın günlərdə “Ekoloji Dayanaqlılıq və Təbiətin Qorunması” İctimai Birliyinin İdarə Heyətinin yığıncağı keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:15 / 18.10.2025
Azərbaycanda yeni təşkilat YARADILDI
Hazırda oxunan: Azərbaycanda yeni təşkilat YARADILDI
Hazırda oxunan: Azərbaycanda yeni təşkilat YARADILDI
575988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.