Maddi çətinliklər təkcə “cib”ə yox, beyinə də təsir edir. Aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, maliyyə stresi yaşayan insanlarda qərarvermə qabiliyyəti xeyli aşağı düşür, diqqətsizlik artır. Yəni, stress zehni fəaliyyətimizi də bloklayır. Hətta belə vəziyyətlərdə İQ-da 13 ballıq fərq yarana bilir.
İmkanı yaxşı olan şəxslərdə isə qərarverməkdə qətiyyətli olurlar. İstənilən məsələyə fokuslanmaq pullu adamlar üçün çox asan olur.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan psixoloq Gülnar Orucova deyir ki, istənilən pulsuz insan zamanla borclanır:
“Borclarsa sıxıntı, stress yaradır. Eyni zamanda, pulu olmayan insanda fikir dağınıqlığı olur. Belələri fikirlərini bir yerə cəmləşdirə və hansısa qəti qərar verə bilmir. Hətta gələcək üçün hansısa plan qura bilmirlər. Təbii ki, belə insanlar daha tez depressiyaya düşürlər.
Uzun zaman davam edən depressiya isə davamlı yuxusuzluq, gərginlik kimi xroniki problem yaradır. Ona görə də pulsuzluq zəkanı azaldır. Çünki pulsuz insan fikirləşməyin və plan qurmağın mənasız olduğunu zənn edir”.
Müsahibimiz hesab edir ki, pulsuzluq bəzi halda insanı həm də ölümə sövq edir:
“Son zamanlar tez-tez müflis olan insanların intihar etməsi haqqında xəbərlər oxuyuruq. Bax, belə intiharlar da düşüncə azlığından irəli gəlir. Çünki müflis olan insanlar bəzən hər şeyin sonu olduğunu düşünür, vəziyyətdən çıxış yolu axtarmır və zəkasını işlətmir. Bütün bunlarsa onu göstərir ki, pulsuzluq zəkanı azaldır”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
19:00 / 19.10.2025
“Pulsuzluq zəkanı azaldır”- Psixoloqdan QALMAQALLI AÇIQLAMA
Hazırda oxunan: “Pulsuzluq zəkanı azaldır”- Psixoloqdan QALMAQALLI AÇIQLAMA
Hazırda oxunan: “Pulsuzluq zəkanı azaldır”- Psixoloqdan QALMAQALLI AÇIQLAMA
575981
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.