Dövlət Statistika Komitəsinin aylıq hesabatı açıqlayıb. Açıqlamada qeyd olunub ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 31403 nikah və 13869 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,6-ya qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.
Bu müsbət tendensiyanı qoruyub, inkişaf etdirmək üçün nə etməliyik?
Məsələyə münasibət bildirən Millət vəkili Ceyhun Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, boşanmalar cəmiyyətimizdə ciddi bir problemdir:
“Mən parlamentdə də dəfələrlə bu məsələylə bağlı danışmışam. Dünyanın əksər ölkələrində boşanmaların sayı artır. Təbii ki, ölkəmiz də bu prosesdən kənarda qalmır. Bizdə də son illərdə boşanmaların sayında artım müşahidə edilir. Bu mənada son bir neçə ayda boşanmaların sayındakı azalma bizi ciddi şəkildə düşündürməlidir. Çalışmalıyıq ki, bu tendensiya növbəti aylarda və illərdə də davam etsin. Bunun üçün ailə dəyərlərinin təbliği və davamlı marifləndirmə işini gücləndirməli və sürətləndirməliyik.
Çalışmalıyıq ki, ailə dəyərlərinin nə qədər müqəddəs və vacib olduğunu hər bir gənc bilsin, anlasın. Onlara düzgün istiqamət verək ki, yanlış addımlar atmasınlar, ailəyə xüsusi önəm və dəyər versinlər. Bunu etməsək, son aylardakı müsbət tendensiyanı qoruyub saxlamaya biləyəcəyik”.
Surxay Atakişiyev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:00 / 19.10.2025
Deputatdan boşanmalarla bağlı XƏBƏRDARLIQ – “Bunu etməsək, yenidən arta bilər”
Hazırda oxunan: Deputatdan boşanmalarla bağlı XƏBƏRDARLIQ – “Bunu etməsək, yenidən arta bilər”
Hazırda oxunan: Deputatdan boşanmalarla bağlı XƏBƏRDARLIQ – “Bunu etməsək, yenidən arta bilər”
575980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.