SON DƏQİQƏ! Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi

SON DƏQİQƏ! Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi

Hazırda oxunan: SON DƏQİQƏ! Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edildi

575964

Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycan Respublikası Təhlükəzlik Şurasının üzvlüyündən azad edilib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23.10.2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi.
 

Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-da qərar qəbul edib. Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO