Şamil Rzayev yüksək vəzifəyə TƏYİN OLUNDU

Şamil Rzayev yüksək vəzifəyə TƏYİN OLUNDU

Hazırda oxunan: Şamil Rzayev yüksək vəzifəyə TƏYİN OLUNDU

575963

2025-ci il 8 oktyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Şamil Etibar oğlu Rzayev Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-nın rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Şamil Rzayev 18 dekabr 1974-cü ildə anadan olub.

O, 1991-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-Energetika Kompleksində İqtisadiyyat və İdarəetmə fakültəsinin bakalavr və magistr pillələrində təhsil alıb.
 

2000-2001-ci illərdə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyində (ANAMA) Planlaşdırma və Müqavilələr üzrə mütəxəssis, 2001-ci ildən 2025-ci ilədək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramında İnkişaf üzrə Baş müşavir vəzifəsində çalışıb.


Şamil Rzayev 2024-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə təltif edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO