Dörd gündür küçədə gecələyən ailə aidiyyəti ünvana YERLƏŞDİRİLDİ

Dörd gündür küçədə gecələyən ailə aidiyyəti ünvana YERLƏŞDİRİLDİ

Hazırda oxunan: Dörd gündür küçədə gecələyən ailə aidiyyəti ünvana YERLƏŞDİRİLDİ

575956

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsinin 4 gündür küçədə gecələyir.
 

MÖVZU İLƏ BAĞLI: 

Şahbazovlar ailəsinin küçədə gecələməsi ilə bağlı - DİN - dən Rəsmi Açıqlama


Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media - ya bildirib ki, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 7 saylı evin 1 otaqlı, 10 kv.m-lik xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova, qonşu mənzilə bitişik 85 kv.m-lik qeyri-yaşayış sahəsini müvafiq icazə sənədi olmadan zəbt edib:
 

"Məhkəmə qərarı ilə həmin şəxslər zəbt etdikləri qeyri-yaşayış sahəsindən çıxarılıb.


Lakin hazırda onlar müvafiq qərara baxmayaraq mübahisəni davam etdirir və əsassız tələblər irəli sürürlər".

Bizim.Media-nın əldə etdiyi məlumata görə, polis və digər müvafiq qurumların əməkdaşları tərəfindən ailə aidiyyəti ünvana yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO