Şahbazovlar ailəsinin küçədə gecələməsi ilə bağlı - DİN - dən Rəsmi Açıqlama

Şahbazovlar ailəsinin küçədə gecələməsi ilə bağlı - DİN - dən Rəsmi Açıqlama

Hazırda oxunan: Şahbazovlar ailəsinin küçədə gecələməsi ilə bağlı - DİN - dən Rəsmi Açıqlama

575941

Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 5-9 ünvanında yaşayan Şahbazovlar ailəsinin 4 gündür küçədə gecələdiyi barədə məlumatlar yayılıb.
 

MÖVZU İLƏ BAĞLI: 

Bakıda ailə evindən çıxarıldı: Övladları küçədə dərs oxuyurlar - VİDEO


Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media - ya bildirib ki,  Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 7 saylı evin 1 otaqlı, 10 kv.m-lik xidməti mənzilində yaşayan cavabdeh Ağabacı Mirzəağa qızı Şahbazova, qonşu mənzilə bitişik 85 kv.m-lik qeyri-yaşayış sahəsini müvafiq icazə sənədi olmadan zəbt edib:

"Məhkəmə qərarı ilə həmin şəxslər zəbt etdikləri qeyri-yaşayış sahəsindən çıxarılıb. Lakin hazırda onlar müvafiq qərara baxmayaraq mübahisəni davam etdirir və əsassız tələblər irəli sürürlər".

Hazırda araşdırmalar davam etdirilir, həmin ailənin yerləşdirilməsi üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür.


 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO