20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı - VİDEO

20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı - VİDEO

Hazırda oxunan: 20 qəpik üstündə bıçaqlanan məktəblinin nənəsi danışdı - VİDEO

575914

Bakıda məktəbli bıçaqlanıb.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 28 May qəsəbəsində 306 saylı məktəbin yaxınlığında baş verib.

11-ci sinif şagirdi mübahisə etdiyi həmyaşıdına bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı yeniyetmə dərhal ətrafda olanların köməyi ilə xəstəxanaya aparılıb. TƏBİB-dən verilən məlumata görə, bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilən yeniyetmə əməliyyat edilib.

Hazırda vəziyyəti orta ağır qiymətləndirilir.

Yaralının nənəsi Məhliqa Mustafayeva deyir ki, nəvəsi sakit uşaqdır. Əvvələr həmin cinayəti törətməkdə şübhəli bilinən yeniyetmə ilə sinif yoldaşı olub.

Daha ətraflı videomaterialı təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO