Statistika işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi - FOTO

Statistika işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi - FOTO

Hazırda oxunan: Statistika işçilərinin peşə bayramı münasibətilə tədbir keçirildi - FOTO

575883

Bu gün Qusar Rayon Statistika İdarəsində "Ümumdünya Statistika Günü" münasibətilə tədbir keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH başçısı Aparatının məsul şəxsləri, Rayon Statistika İdarəsinin rəhbərliyi və kollektivi, həmçinin rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin nümayəndələri iştirak ediblər.

Sahir Məmmədxanov Dövlət Statistika Komitəsinin rəhbərliyini və kollektivini, həmçinin Qusar Rayon Statistika İdarəsinin əməkdaşlarını Ümumdünya Statistika Günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İcra başçısı həmçinin rayonun İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinə tapşırıq verərək, ərazi səviyyəsində sosial-iqtisadi göstəricilərin toplanması və təhlili istiqamətində Qusar Rayon Statistika İdarəsi ilə sıx əməkdaşlığın təmin edilməsinin vacibliyini vurğulayıb.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO