"AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi başa çatdı - FOTO

"AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi başa çatdı - FOTO

Hazırda oxunan: "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi başa çatdı - FOTO

575861

Azərbaycan və İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) iştirakı ilə keçirilən "AZIREX-2025" birgə axtarış-xilasetmə təlimi uğurla yekunlaşıb.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim çərçivəsində qarşıya qoyulmuş tapşırıqlar hər iki ölkənin hərbi qulluqçuları tərəfindən dəqiqliklə yerinə yetirilib.

Plana uyğun olaraq, mərhələlər üzrə qarşılıqlı əlaqədə icra olunan fəaliyyətlər zamanı iştirakçılar yüksək döyüş hazırlığı nümayiş etdiriblər.

Təlim rəhbərləri şəxsi heyətin peşəkarlığını və hazırlıq səviyyəsini yüksək qiymətləndiriblər.

Təlimin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və fərqlənən hərbi qulluqçular
mükafatlandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO