Keçmiş illərdən bağlı qalmış 284 cinayətin açılması təmin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində (DİN) bu ilin 9 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, axtarışa elan edilmiş şəxslərin 85,1 faizi tutulub, itkin düşmüş şəxslərin 90%-i, habelə mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarılan 22.268 borclu şəxs tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Ağır və xüsusilə ağır cinayətlər törətmiş 408 nəfərdən ibarət 152 cinayətkar qrup zərərsizləşdirilib. Baş vermiş xırda talama faktlarının 87,7%-i açılıb.
Qanunsuz dövriyyədən 4 ton 663 kiloqram, yəni ötən ilin eyni dövrü ilə müqayisədə 582 kiloqram çox narkotik vasitə çıxarılıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:23 / 17.10.2025
9 ayda 152 cinayətkar qrup zərərsizləşdirilib
Hazırda oxunan: 9 ayda 152 cinayətkar qrup zərərsizləşdirilib
Hazırda oxunan: 9 ayda 152 cinayətkar qrup zərərsizləşdirilib
575834
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.