AMEA-dan Ramiz Mehdiyevin üzvlük məsələsi ilə bağlı AÇIQLAMA

AMEA-dan Ramiz Mehdiyevin üzvlük məsələsi ilə bağlı AÇIQLAMA

Hazırda oxunan: AMEA-dan Ramiz Mehdiyevin üzvlük məsələsi ilə bağlı AÇIQLAMA

575813

"Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyü məsələsinə baxılır".

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli deyib.

"Biz də son hadisələrə təəssüf edirik. Məsələ məhkəmə qərarından sonra müzakirə olunacaq", - deyə İsa Həbibbəyli bildirib.

Qeyd edək ki, oktyabrın 16-da Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

Qərara əsasən, məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
 

O, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


Xatırladaq ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO