Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilən "Yol hərəkəti haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, mopedlər, həmçinin, dövlət qeydiyyatına alınaraq uçota götürüləcək.
Qanun layihəsində mopedlər üçün əvvəllər mövcud olan yalnız yolun sağ kənar zolağı ilə hərəkət etmək tələbinin aradan qaldırılması nəzərdə tutulur.
Bundan başqa, sözügedən qanun layihəsində motosikletin və mopedin uzunlu və ya eni üzrə qabaritlərindən 0,5 metrdən artıq kənara çıxan və ya motosikleti, mopedi idarə etməyə mane olan yük aparmaq qadağan edilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Günay Şahmar, Bizim.Media