Xaçmaz Prokurorluğunda Açıq qapı günü - Bağlı cinayətlər AÇILDI – FOTO

Xaçmaz Prokurorluğunda Açıq qapı günü - Bağlı cinayətlər AÇILDI – FOTO

Hazırda oxunan: Xaçmaz Prokurorluğunda Açıq qapı günü - Bağlı cinayətlər AÇILDI – FOTO

575762

"Konstitusiya və Suverenlik" ili çərçivəsində Xaçmaz şəhərində “Konstitusiya və Dövlət Suverenliyi: Hüquqi Aspektlər və Çağırışlar” mövzusunda konfransdan öncə Xaçmaz Rayon Prokurorluğunda Açıq qapı günü və seminar təşkil olunub.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbiri giriş sözü ilə açan Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov "Konstitusiya və Suverenlik" ili çərçivəsində Baş Prokurorluq tərəfindən geniş tədbirlər planı əsasında müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb.
 

O, bu gün Xaçmaz Rayon Prokurorluğunda təşkil olunan Açıq qapı günü və seminarla bağlı iştirakçılara ətraflı məlumat veriləcəyini bildirib, həmçinin prokurorluğun fəaliyyəti və bağlı qalmış cinayət işlərinin açılması barədə ətraflı məlumat təqdim olunacağını qeyd edib.


Daha sonra çıxış edən Xaçmaz rayon prokuroru Rəşad Məmmədov qonaqları salamlayaraq prokurorluğun fəaliyyəti və cinayət işlərinin araşdırılması istiqamətində görülən işlərdən danışıb.

Onun sözlərinə görə, rayon prokurorluğu bağlı cinayətlərin açılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.

Xaçmaz rayon prokurorunun müavini Fərrux Əzimli isə konkret faktlara əsaslanaraq açılmış cinayət işləri barədə məlumat verib. O, 2023-cü ilin aprelində Yalama qəsəbəsində baş vermiş və nəticədə iki nəfərin yanaraq öldüyü hadisənin açılması barədə məlumat verib.

Açıq qapı günündən sonra “Milli Suverenlik və Hüquqi Təminatlar: Prokurorluğun rolu” mövzusunda seminar keçirilib. Seminarı giriş sözü ilə açan Kənan Zeynalov tədbirin "Konstitusiya və Suverenlik" ili çərçivəsində keçirildiyini, bu istiqamətdə ictimaiyyətin maarifləndirilməsinin əsas prioritetlərdən biri olduğunu qeyd edib. Çıxış edən digər natiqlər də Konstitusiya və Suverenlik ili, onun yaranma tarixi və əhəmiyyəti barədə ətraflı danışıblar.

Tədbir çərçivəsində Azərbaycan Prokurorluğunun 107 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Daha sonra media nümayəndələrinə və QHT təmsilçilərinə Xaçmaz Rayon Prokurorluğunun maddi-texniki bazası, aparılan yenidənqurma işləri və yaradılan şərait barədə ətraflı məlumat verilib. Rayon prokuroru Rəşad Məmmədov prokurorluq binasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş guşə ilə qonaqları tanış edib.
 

Prokurorun müavini Fərrux Əzimli bildirib ki, artıq rayon prokurorluğunda bütün işlər elektronlaşdırılıb. Yazışmalar və müraciətlərin qəbulu tam şəkildə elektron sistem üzərindən aparılır ki, bu da vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.


Tədbir iştirakçılarına cinayət işlərinin araşdırılmasında mühüm rol oynayan kriminalistika xidməti, maddi sübutlar otağı və digər texniki vasitələr barədə də geniş məlumat təqdim olunub.














Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO