Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən AÇIQLAMA

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən AÇIQLAMA

Hazırda oxunan: Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən AÇIQLAMA

575737

Haqqında 4 aylıq ev dustaqlığı qəti imkan tədbiri seçilən Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Manset.az-a açıqlamasında Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev bildirib.

“Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq.

Bizim ölkəmiz hazırda dünya miqyasında cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O, bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”, - deyə M.Quliyev əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO