Bıçaqlanan şagirdin qardaşı imiş... - RƏSMİ/YENİLƏNİB

Bıçaqlanan şagirdin qardaşı imiş... - RƏSMİ/YENİLƏNİB

Hazırda oxunan: Bıçaqlanan şagirdin qardaşı imiş... - RƏSMİ/YENİLƏNİB

575733

Bakı Şəhəri üzrə Təhsil İdarəsi şagirdləri arasında baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.

Bizim.Media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

*** 09:38

Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.

Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.

Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib.

Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO