Bakı Şəhəri üzrə Təhsil İdarəsi 11-ci sinif şagirdləri arasında baş verən bıçaqlanma hadisəsi ilə bağlı məlumat yayıb.
Bizim.Media xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Qafqazinfo.az”ın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 15-də dərsdən kənar vaxtda (saat 16:00 radələrində) məktəbdənkənar ərazidə 274 nömrəli məktəbin X sinif şagirdi tərəfindən (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) 306 nömrəli məktəbin şagirdinin qardaşına xəsarət yetirilməsi haqqında məlumat daxil olub.
Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.
*** 09:38
Bakıda 11-ci sinif şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media “Oxu.az”a istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, 28 May qəsəbəsindəki orta məktəbin qarşısında qeydə alınıb.
Orta məktəbin 11-ci sinif şagirdləri 2008-ci il təvəllüdlü S.X. sinif yoldaşı N.V. ilə mübahisə edib.
Mübahisə nəticəsində S.X. sinif yoldaşı N.V.-yə çoxsaylı bıçaq zərbələri endirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törətməkdə təqsirləndirilən yeniyetmə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media