Hazırda ölkədə yaşıllıqların qorunması istiqamətində nəzarət gücləndirilib.
Bizim.Media xəbər verir ki, bu səbəbdən də ağacların qanunsuz kəsilməsi və ya məhv edilməsi hallarında həm fiziki, həm də hüquqi şəxslər ciddi şəkildə məsuliyyət daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yaşıllıqların qanunsuz kəsilməsinə və ya məhv edilməsinə görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 4000 manatdan 7000 manatadək, hüquqi şəxslər isə 25 000 manatdan 45 000 manatadək cərimə olunur.
O da vurğulanıb ki, ağaclara dəyən ziyan həm də kəsilmiş ağacın növündən, cinsindən və diametrindən asılı olaraq hesablanır.
“Təbiətə dəyən ziyanın məbləği 5000 manatı keçərsə, cinayət tərkibi yaratdığından toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilir”, – deyə məlumatda qeyd olunub. (baku.ws)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:52 / 17.10.2025
Azərbaycanda bu qaydanı pozanlar 45 000 manat cərimələnəcəklər
Hazırda oxunan: Azərbaycanda bu qaydanı pozanlar 45 000 manat cərimələnəcəklər
Hazırda oxunan: Azərbaycanda bu qaydanı pozanlar 45 000 manat cərimələnəcəklər
575724
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.