Bakıda bu binaları qurd basıb - Video

Bakıda bu binaları qurd basıb - Video

Hazırda oxunan: Bakıda bu binaları qurd basıb - Video

575722

Bakının Xətai rayonu, General Şıxlinski ünvanında binaları qurd basıb.

Bizim.Media xəbər verir ki, sözügedən ünvanda yaşayan sakinlərin sözlərinə görə, binaların həyətlərində və bloklarında həşəratlar var.

İş o yerə çatıb ki, bu həşəratlar pəncərələrdən evlərə də daxil olublar.

Müxtəlif qurumlara və ərazi mənzil istismar sahələrinə məlumat verilsə də, üç aydan çoxdur, nəticə ala bilmirlər.

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ünvandan birliyə heç bir müraciət daxil olmayıb. Əraziyə baxış keçiriləcək və mütəxəssislər tərəfindən dezinfeksiya işləri aparılacaq. O da qeyd edilib ki, problem mövsümi xarakter daşıyır.

Daha ətraflı İTV-nin videomaterialında:



Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO