Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş

Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş

Hazırda oxunan: Hər evdə olan bu cihaz danışıqlarımızı dinləyirmiş

575719

Kaliforniya Universitetinin (UC Irvine) alimləri adi optik kompüter siçanlarının səs dalğalarını titrlər vasitəsilə qəbul edərək danışılan sözləri müəyyən edə bildiyini aşkar ediblər.

Bizim.Media xəbər verir ki, bu yeni hücum üsuluna zarafatla "Mic-E-Mouse" adı verilib.

Tədqiqatçılar cəmi 35 dollarlıq, 20 min DPI həssaslığa malik bir siçandan istifadə edərək xüsusi proqramla söhbətləri 61% dəqiqliklə "dinləməyi" bacarıblar.

Danışdıqda masada yaranan mikroskopik titrəmələr siçanın sensoru tərəfindən qeydə alınır. Bu titrəmələr proqram vasitəsilə təmizlənir. Daha sonra süni intellekt həmin titrəmələrdən söz və rəqəmləri təxmin edir.

Xüsusilə qısa sözlər və kredit kartı nömrələri kimi rəqəmlər yüksək dəqiqliklə tanınır - bu da böyük təhlükə yaradır.

Bu prosesin həyata keçməsi üçün əvvəlcə kompüterə zərərli proqram yüklənməlidir.

Mütəxəssislər bildirir ki:

Siçan sensor məlumatları antiviruslar tərəfindən zəif qorunur;

Hətta sadə "open source" proqram belə bu məlumatları oğurlamaq üçün kifayət edir;

Masanın materialı belə nəticəyə təsir edir;

Sərt və hamar səthlərdə siçan daha dəqiq "dinləyir";

Mouse pad və ya parça örtük istifadə edildikdə təsir xeyli azalır;

Səsli və ya titrək mühitdə sistemin dəqiqliyi düşür.

Alimlər həmçinin qeyd ediblər ki, siçan addım səslərini və klaviatura tuş vuruşlarını da titrəmə ilə ayırd edə bilir.

Tədqiqat qrupu nəticələri 26 siçan istehsalçısına göndərib və təhlükəsizlik tədbirləri görülməsini tələb edib. Hazırda bəzi şirkətlər sensor məlumatlarının qorunması üçün təhlükəsizlik yeniləmələri hazırlayır.

Mütəxəssislərin tövsiyəsi:

Mouse pad istifadə edin;

Şübhəli proqram quraşdırmayın;

Mikrofon olmasa belə həssas məlumatları səslə ifadə etməyin. (Apa.az)

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO