Ziyanlı VƏRDİŞ : Səhər yeməyindən imtinanın 4 zərəri

Ziyanlı VƏRDİŞ : Səhər yeməyindən imtinanın 4 zərəri

Hazırda oxunan: Ziyanlı VƏRDİŞ : Səhər yeməyindən imtinanın 4 zərəri

575708

Ningşia Tibb Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, müntəzəm olaraq səhər yeməyindən imtina etmək metabolik sindromun yaranma riskini artırır.

Bizim.Media xəbər verir ki, bu sindrom piylənmə, yüksək təzyiq, qanda şəkər və xolesterin səviyyəsinin artması kimi bir sıra pozuntuları əhatə edir.

Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub. Araşdırmaya on minlərlə insanın iştirak etdiyi doqquz elmi işin məlumatları daxil edilib. Analiz göstərib ki, səhər yeməmək
metabolik sindromun yaranma ehtimalını 10–26 faiz artırır.
 

Ən güclü əlaqələr qarın boşluğunda piy toplanması (abdominal piylənmə) və qanda artıq qlükoza ilə müşahidə olunub. Alimlərin fikrincə, səhər yeməyi metabolizmin sabitliyini qorumağa kömək edir.


Əvvəlki araşdırmalar da göstərib ki, səhər yeməyi yeyən insanlar gün ərzində qida qəbulunu daha yaxşı idarə edir və duzlu, şəkərli, yağlı qidalara meyilləri azalır. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO