Laçında İctimai Dinləmələr keçirdi - FOTO

Laçında İctimai Dinləmələr keçirdi - FOTO

Hazırda oxunan: Laçında İctimai Dinləmələr keçirdi - FOTO

575686

"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Şərqi Zəngəzurun Laçın rayonunda su təhlükəsizliyi” adlı Sosial-Ekoloji Layihə çərçivəsində ictimai dinləmələr təşkil edib.

Bizim.Media xəbər verir ki, ictimai dinləmələr Laçın şəhərində və sözügedən rayonun Zabux kəndində baş tutub.

Tədbirlərdə Laçın rayonunda su ehtiyatlarının və infrastrukturun mövcud vəziyyəti, icmaların ekoloji məlumatlılıq səviyyəsi, bölgədə su təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş müzakirələr aparılıb.
 

İctimai dinləmələrə Laçın rayonunda daimi məskunlaşmış keçmiş məcburi köçkünlər, bölgənin bərpasında çalışan işçilər, dövlət və özəl sektora daxil olan qurumların nümayəndələri, ekoloji həssas qruplar, QHT və media təmsilçiləri, eləcə də aktiv vətəndaşlar qatılıblar.


"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin sədri Taleh Şahsuvarlı, ekoloq alim Xosrov Musayev iştirakçılara su təhlükəsizliyi ilə bağlı ətraflı məlumatlar veriblər.

Zabux kənd sakinləri bildiriblər ki, kəndin ətrafında və yaylaqlarında olan təbii bulaqlar erməni işğalı nəticəsində itib-batıb: “Hazırda kənd əhalisi həm içməli və texniki su ilə təchiz olunur”
 

Laçın şəhər sakini, Müharibə, Əmək və Silahlı Qüvvələr təşkilatı Laçın şöbəsinin sədri Qəzənfər Hüseynov Laçının təbii su ehtiyyatlarının qorunmasının vacibliyini vurğulayıb və hidronimlər barədə yaddaş kitabçasının çap olunmasını təklif edib.


"Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi yerli sakinlərin müvafiq yöndə təkliflərini rəsmi instansiyalara təqdim edəcək.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO