Dövlətə xəyanətdə ittiham olunan 4 nəfər HAKİM QARŞISINDA

Dövlətə xəyanətdə ittiham olunan 4 nəfər HAKİM QARŞISINDA

Hazırda oxunan: Dövlətə xəyanətdə ittiham olunan 4 nəfər HAKİM QARŞISINDA

575669

Xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanətdə ittiham olunan İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev və Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası oktyabrın 31-nə təyin olunub.

Qeyd edək ki, sözügedən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.
 

Məlumata görə, İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən görülmüş tədbirlər nəticəsində saxlanılaraq istintaqa cəlb olunublar.


Həmçinin, DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniyada, Məmməd Şərifov isə Türkiyədə ələ keçirilərək Azərbaycana gətiriliblər.

Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO