Daha bir məsələ parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ - FOTO

Daha bir məsələ parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Daha bir məsələ parlamentin plenar iclasına TÖVSİYƏ EDİLDİ - FOTO

575667

Oktyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib.

Bizim.Media xəbər verir ki, iclası açan komitə sədri Musa Quliyev gündəliyə bir məsələnin - “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında qanun layihəsinin daxil edildiyini bildirib.
 

Qanun layihəsi barədə danışan komitə sədri deyib ki, sənəd istehsalatda baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri zamanı peşə əmək qabiliyyətinin itirilməsi hallarının daha dəqiq müəyyən olunması məqsədilə normativ-hüquqi bazanın təkmilləşdirilməsini nəzərdə tutur. Layihə sığorta olunan şəxslərin əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinə dair yeni qaydaların tətbiqini təmin etməklə bu sahədə vahid, şəffaf və müasir tələblərə uyğun mexanizmin formalaşdırılmasına xidmət edəcək.


Daha sonra Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Sabir Qocayev qanun layihəsi barədə məlumat veriblər.

Bildirilib ki, qanun layihəsində təklif edilən dəyişikliklərə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi qaydası Nazirlər Kabineti tərəfindən təsbit ediləcək. Bu isə öz növbəsində həmin sahədə tənzimləmələrin müvafiq qaydalarla həyata keçirilməsinə, fəaliyyətin daha operativ təşkilinə və vahid yanaşmanın təmin olunmasına imkan yaradacaq.
 

Qanun layihəsinin müzakirəsində Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev, üzvləri Ziyad Səmədzadə, Nigar Məmmədova və Göydəniz Qəhrəmanov çıxış edərək məsələ ilə bağlı fikir və təkliflərini səsləndiriblər.


Tədbirin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.









Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO