Qusarda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konfrans keçirildi - FOTO

Qusarda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konfrans keçirildi - FOTO

Hazırda oxunan: Qusarda Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konfrans keçirildi - FOTO

575662

Bu gün Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının təşkilatçılığı ilə Qusar şəhər Uşaq  İncəsənət Məktəbində Dövlət Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş "Bərpa olunmuş müstəqillik, inkişafın və Zəfərin təməli" adlı  konfrans keçirilib.

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbir Ulu Öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından  keçmiş  şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə  başlanıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Tədbiri Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri  David İbramxəlilov açaraq 18 oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Gününün tarixi əhəmiyyəti barədə çıxış edib.


Daha sonra çıxış edən Quba-Xaçmaz Regional Mədəniyyət idarəsinin Qusar rayonu üzrə nümayəndəsi Elvira Hacıbalayeva və digər natiqlər müstəqilliyimizin qorunmasında xalqımızın birliyinin, dövlətimizin və Ordumuzun gücünün və Prezident İlham Əliyevin müdrik siyasətinin mühüm rol oynadığını vurğulayıblar.















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO