Ermənistan və Azərbaycan TRIPP layihəsi (Zəngəzur dəhlizi – red.) çərçivəsində nəzərdə tutulan ərazilərdə (Qərbi Zəngəzur – red.) delimitasiya aparacaq.
Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib.
Onun sözlərinə görə, həmin ərazilərdə kommunikasiya xətlərinin (yollar, dəmir yolları və kommunikasiya infrastrukturu) inşasına başlamazdan öncə dəqiq sərhəd xəttinin müəyyən edilməsi üçün delimitasiya və demarkasiya işləri aparılacaq.
Paşinyan əlavə edib ki, sərhədin digər hissələrində komissiyalar öz işlərini əvvəlki qaydada davam etdirəcəklər.
O, qeyd edib ki, iki proses – delimitasiya və kommunikasiya xətlərinin açılması – bir-biri ilə sıx əlaqəlidir, çünki hər iki prosesə Azərbaycan və Ermənistan tərəfindən baş nazir müavinləri nəzarət edirlər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:39 / 16.10.2025
Qərbi Zəngəzurda delimitasiya və demarkasiya işləri aparılacaq - Paşinyan
Hazırda oxunan: Qərbi Zəngəzurda delimitasiya və demarkasiya işləri aparılacaq - Paşinyan
Hazırda oxunan: Qərbi Zəngəzurda delimitasiya və demarkasiya işləri aparılacaq - Paşinyan
575655
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.